"Qarabağ" tarix yazdı! - YENİLƏNİB - VIDEO

23:43

23:43

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.

Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

14 dekabr

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:1

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç) - 5:1 (İkinci hissə)

Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 - Kitalano, 76 (5:1)

23:39

Təbriklər "Qarabağ"!  Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsini adlayan klub oldu.

23:26

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:0 (İkinci hissə)

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Qırmızı vərəqə: Marko Veşoviç, 56 ("Qarabağ")

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç) - 5:1 (İkinci hissə)

Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26, Hlozek, 60, 70 - Kitalano, 76 (5:1)

23:05

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulur.

Azərbaycan təmsilçisi "Qarabağ" da qrupda sonuncu və vacib matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Hekken"i qəbul edir. Bugünkü görüş "Qarabağ" və Azərbaycan futbolu üçün tarixi nəticə ilə yadda qala bilər. İsveçdə keçirilən matçda "Hekken"ə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu bu oyunda da rəqibini üstələsə, 2-ci yerin sahibi kimi qrupdan çıxacaq və Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcək. "Qarabağ" heç-heçə sayəsində də bunu bacara bilər. Bunun üçün qrupun digər oyununda "Molde" "Bayer"ə qalib gəlməməlidir.

Əgər "Qarabağ" və "Molde" hər ikisi uduzsa, bu halda da Ağdam təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə norveçliləri üstələyəcək və qrupu ikinci yerdə başa vuracaq. 

14 dekabr

UEFA Avropa Liqası

21:45."Qarabağ" (Azərbaycan) - "Hekken" (İsveç) - 2:0 (İkinci hissə)

Qol: Leandro Andrade, 1, Yassin Benzia, 45+4

Baş hakim: Yucin Caya (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

21:45."Bayer" (Almaniya) - "Molde" (Norveç) - 3:0 (İkinci hissə)

Qol: Şik, 7, Tapsoba, 22, Ellinqsen, 26