“Qarabağ” üçün Lüksemburq və Şimali Makedoniya çempionu
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha iki mümkün rəqibi müəyyənləşib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu "Struqa" və "Differdanj"la da qarşılaşa bilər.
Sonuncular Lüksemburqda çempion tituluna sahib çıxıb. "Differdanj" I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq.
Bu, daha iki komandanın səbətinin müəyyənləşməsi ilə nəticələnib. RFS səpələnmişlər sırasına düşübsə, "Struqa" "Qarabağ"ın mümkün rəqiblərinə qoşulub.
Bununla da "Qarabağ"ın mümkün rəqiblərinin sayı 11-ə çatıb. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk "Dinamo"su, "Larne", "Hamrun", "Selye", "Santa Koloma" və "Vikinqur"un da səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib.
Hazırda yalnız 7 çempionun səbəti bilinmir. Onlardan dördü Azərbaycan təmsilçisi ilə qarşılaşa bilər.
I təsnifat mərhələsi Səpələnmişlər "Ferensvaroş" (Macarıstan) "Qarabağ" (Azərbaycan) "Slovan" (Slovakiya) "Lüdoqorets" (Bolqarıstan) HİK (Finlandiya) "Flora" (Estoniya) "Styaua" (Rumıniya) "Klaksvik" (Farer adaları) "Şemrok Rovers" (İrlandiya) "Linkoln" (Cəbəllütariq) TNS (Uels) RFS (Latviya)
Səpələnməmişlər "Selye" (Sloveniya) "Hamrun" (Malta) "Larne" (Şimali İrlandiya) "Dinamo" (Minsk, Belarus) "Panevejis" (Litva) "Ordabası" (Qazaxıstan) "Vikinqur" (İslandiya) "Struqa" (Şimali Makedoniya) "Santa Koloma" (Andorra) "Virtus" (San-Marino)
Qeyri-müəyyənlər "Dinamo" (Batumi, Gürcüstan) "Petrokub" (Moldova) Bosniya və Herseqovina çempionu Kosovo çempionu Ermənistan çempionu Monteneqro çempionu Albaniya çempionu