Qarabağ və Şərqi Zəngəzurda internetlə təmin edilən abunəçilərin sayı açıqlandı
2025-ci il noyabrın 1-dək azad olunmuş ərazilərdə 6353 abunəçi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətləri ilə təmin olunub.
meqale.com xəbər verir ki, bu abunəçilər, Ağdam şəhəri, Sarıcallı, Kəngərli və Xıdırlı kəndləri, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli məntəqələri, Cəbrayıl şəhəri və Cocuq Mərcanlı, Füzuli, Şuşa, Xankəndi, Kəlbəcər, Laçın və Xocalı şəhərləri, eləcə də Ballıca, Əsgəran, Xanyurdu, Təzəbinə, Badara və Daşbulaq yaşayış məntəqələri ilə yanaşı, Zəngilan rayonunun Ağalı kəndində yaşayan əhalini də əhatə edir.
Belə ki, yerli əhalinin köçürülməsi və yaşayış məntəqələrinin istifadəyə verilməsi qrafikinə uyğun olaraq, bu ərazilərdə xidmətlərin təşkili üzrə işlər aparılır.