Texnologiyalar tüstüyə qarşı: Dubayda siqaretsiz gələcək müzakirə olundu - FOTO
Dünya siqaretlə bağlı münasibəti kökündən dəyişə biləcək dəyişikliklərin ərəfəsindədir. Bəzi ölkələr hələ də siqaretlə ənənəvi qadağalar vasitəsilə mübarizə apararkən, digərləri innovasiyalara üstünlük verir. Bu yeni reallığın müzakirə olunduğu mərkəzlərdən biri Dubay olub. Burada Technovation 2025: Smokefree by PMI forumu keçirildi və forum alimlər, mühəndislər, həkimlər və sağlamlıq sahəsi üzrə ekspertləri bir araya gətirib. Tədbirdə yalnız texnologiyalar deyil, həm də siqaretsiz gələcək - elm və tərəqqinin ictimai sağlamlığın dostu ola biləcəyi mövzusu müzakirə edilib.
Philip Morris International (PMI) siqaretsiz məhsulların inkişafı və kommersiyalaşdırılmasına 14 milyard dollardan çox sərmayə yatıraraq ənənəvi tütün istehsalçısından innovativ alternativlərin yaradıcı şirkətinə çevrilib. PMI-nin kommunikasiya və əlaqələr üzrə vitse-prezidenti Tommazo di Giovanni tədbirdə bildirib: "Biz artıq on il əvvəlki şirkət deyilik. Bu gün tamamilə fərqliyik. 1,400-dən çox alim, mühəndis və texnik yeni məhsullar və onların effektivliyini təsdiqləyən elmi baza üzərində çalışır".
Forumda yalnız texnologiyalar deyil, həm də milyonlarla insanın həyatını dəyişdirə biləcək transformasiyalar müzakirə edilib. Əsas mövzulardan biri tütün sənayesinin transformasiyası olub: ənənəvi siqaretdən siqaretsiz alternativlərə keçid və siqaretsiz gələcək ideyası.
PMI-nin baş icraçı direktoru Yacek Olczak çıxışına birbaşa sualla başlayıb: "Dünya texnologiyaya malikdir. Amma cəmiyyət siqaretsiz gələcəyə keçməyə hazırdırmı? Açıq-aşkar yox". Onun sözlərinə görə, dünya üzrə təxminən 1 milyard insan hələ də siqaretdən imtina edə bilmir. Olczak vurğuladı: "Biz yalnız siqaretin zərərli olduğunu söyləyə bilmərik. İnsanlara real alternativ təqdim etməliyik".
Şirkətin qiymətləndirməsinə görə, hazırda 40 milyon yetkin artıq PMI-nin siqaretsiz məhsullarını seçib. Olczak əlavə etdi ki, bəzi ölkələrdə bu texnologiyalar ya qadağan olunub, ya da onlardan xəbərsizdirlər. "Əgər insanlara alternativ verməsək, onlar sağlamlığa zərərli nəticələr toplamaya davam edəcəklər," deyə o bildirib.
Di Giovanni innovasiyaların qəbulunu tarixi ixtiralarla müqayisə edib: "Aleksandr Bell telefonu ixtira edəndə tənqidçilər onu faydasız oyuncaq adlandırırdılar. Amma insanlıq həmişə ən yaxşısını seçir - bunu qəbul etmək üçün sadəcə zamana ehtiyac var," deyə o vurğulayıb.
2014-cü ildə IQOS tütün isitmə sistemi təqdim olunduqdan sonra PMI siqaretsiz texnologiyaların inkişafına və kommersiyalaşdırılmasına 14 milyard dollardan çox sərmayə yatırıb. Forum zamanı vurğulandı ki, bu məhsullar artıq 97 ölkədə satılır və şirkətin ümumi gəlirinin 40 faizindən çoxunu təmin edir.
PMI investisiyalarının 99,5%-i tədqiqat və inkişaf üçün siqaretsiz həllərə yönəldilib. Şirkətin məqsədi bu onilliyin sonuna qədər gəlirin üçdə ikisini siqaretsiz məhsullardan əldə etməkdir.
Dubayda söhbət yalnız biznesdən getməyib. Paris Universitetinin onkologiya professoru David Hyatt xatırlatdı ki, siqaretin əsas zərəri nikotindən deyil, yanma prosesində yaranan kanserogen maddələrdən gəlir. O, vurğulayıb: "Zərərin azalması siqaretdən imtina üçün düşmən deyil, insanları bu istiqamətə aparan körpüdür".
Forumda açıqlanan tədqiqatlara görə, siqaretsiz məhsullarda zərərli maddələrin səviyyəsi siqaret tüstüsünə nisbətən 95% aşağıdır. Yaponiyada tütün isitmə texnologiyasının istifadəyə verilməsindən sonra siqaret çəkənlərin sayı təxminən 50% azalıb, İsveçdə isə yalnız 5% təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
PMI fərqli həllərə diqqət yetirir. Regional vitse-prezident Christos Kiritsis qeyd edib: "Universal məhsul yoxdur. Ona görə də yetkin siqaretçilərə həyat tərzinə və vərdişlərinə uyğun müxtəlif siqaretsiz texnologiyalar təqdim edirik".
PMI əmindir ki, 2030-cu ilədək gəlirin əsas hissəsini siqaretsiz məhsullardan əldə etmək hədəfi tamamilə reallaşa bilər. Forumda qeyd olundu ki, cəmiyyət, tənzimləyicilər və elm birgə çalışsa, siqaretsiz gələcək gözləniləndən daha tez gerçəkləşəcək.