Qarabağa köçmək istəyənlərə möhtəşəm xəbər - RƏSMİ

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir. Bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır. 

Ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.

Qarabağa və Şərqi Zəngəzura köçən ailələrin hər biri mənzillə təmin edilib. Mənzillərə çıxarış ("kupça") verilib-verilmədiyi isə məlum deyil.

meqale.com bildirir ki, Modern.az məsələ ilə əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq olaraq bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq normativ hüquq aktının layihəsi hazırlanıb.