Qarabağda 10 min qanunsuz silahlıların mövcudluğu yolverilməz idi - Prezidentin köməkçisi

Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasının lehinə idik.

Qarabağda 10 min qanunsuz silahlıların mövcudluğu yolverilməz idi - Prezidentin köməkçisi
Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasının lehinə idik.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirliyində keçirilən brifinqdə deyib.

"Amma Qarabağ bölgəsində 10 minə yaxın qanunsuz erməni birləşmələrinin olması qəbuledilməz idi",-deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

meqale.com