Qarabağda 8 peşə liseyi tikiləcək
Növbəti ildə Bakı Dövlət Peşə Liseyinin yeni korpusu tikiləcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Peşə təhsili üzrə Dövlət Agentliyinin Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, Qarabağda ümumilikdə 8 peşə liseyi tikiləcək.
"Hazırda Füzulidə peşə liseyinin təməli qurulub. Yanaşma ondan ibarətdir ki, Azərbaycanl əhatə edək. Peşə təhsili iqtisadiyyata xidmət edir. Müəssisə tikilərkən ilk növbədə həmin regionun iqtisadi ehtiyacları nəzərə alınır.
Tikinti zamanı yataqxana nəzər alınır.Yeni tikililərin hər birində yataqxanaların olması planlaşdırılır",- deyə o, bildirib.