Qarabağda sülhməramlıların daha bir postu bağlandı
Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 5-i və 6-da da Rusiya MN Qarabağda - Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə postlarının bağlanması barədə məlumat yaymışdı.