Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri 800-dən çox silah, 5 minə yaxın sursat və 6 zirehli texnikanı təhvil verib - YENİLƏNİB
"Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar".
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
-----------
19:53
Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı silahlı erməni birləşmələri silah və sursatlarını təhvil verir.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin Teleqram bildirilib.
Qeyd edilib ki, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.
meqale.com