Qarabağdan köçən ermənilərə Ermənistan vətəndaşlığı veriləcək - Paşinyandan göstəriş

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan "könüllü" köçən ermənilərə vətəndaşlıq verilməsi barədə göstəriş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, dövlət qulluğunda işə qəbul olmaq üçün artıq müraciət etmiş şəxslərə Ermənistan vətəndaşlığı verilməsi məsələlərinin tez bir zamanda həll edilməsi barədə göstəriş verilib.

Beləliklə, Paşinyan bu qərarı ilə Qarabağda 30 illik işğal dövründə qanunsuz məskunlaşdırılan ermənilərə artıq Ermənistanda vətəndaşlıq verməyə başlayır.

Qeyd edək ki, Paşinyanın xarici mediaya dəfələrlə müsahibələrində ortaya qoyduğu yalanlardan biri də Qarabağın erməni əhalisinin "ekzistensial təhdid" mifi idi. Onun bu qərarı artıq Qarabagdan saxta "erməni qaçqın" sayının, Paşinyanın "ekzistensial təhdid" mifinin ifşası deməkdir.