Qarabağdan son xəbər: Rusiya daha bir…
Rusiya sülhməramlılarının Şuşadakı daha bir müşahidə məntəqəsi bağlanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə sentyabrın 19-dan Qarabağda sülhməramlılların 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 10-da keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.
meqale.com