Qardaşı qızılcadan ölən Yunusun vəziyyəti açıqlandı

Xəbər verdiyimiz kimi, Lənkəranda qızılca xəstəliyindən vəfat edən 3 yaşlı Uğurun qardaşı 4 yaşlı Yunus Abızadə də eyni virusa yoluxub. 

Qardaşı qızılcadan ölən Yunusun vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, Lənkəranda qızılca xəstəliyindən vəfat edən 3 yaşlı Uğurun qardaşı 4 yaşlı Yunus Abızadə də eyni virusa yoluxub. 

meqale.com xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən azyaşlının babası Elçin Abızadə bildirib ki, Yunus hazırda Bakıda Məhəmmədi modul tipli xəstəxanada müalicə alır:

"Bizi yanına buraxmırlar. Təkcə anası yanındadır. Elə qızılcaya da ilk anası yoluxmuşdu. Daha sonra uşaqlara da keçdi. Hazırda ananın vəziyyəti yaxşıdır, sağalıb. Uşağın yanında o qalır. Yunusu dünən gecə xəstəxanaya yerləşdirə bildik. Qızdırması var idi. Sonrakı vəziyyətindən xəbərimiz yoxdur". 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.