"Qarınlarını doyura bilmədim" - Qəzzada uşağını itirən ananın fəryadı - FOTO
Öldürüləndə qarınları ac idi...
Qəzzada iki azyaşlı uşağının öldüyünü öyrənən fələstinli ana xəstəxananın qarşısında fəryad edib.
Özünü itirən kədərli ana: "Bəs deyil daha? Uşaqlarım hanı? Bu haqsızlıq kifayət deyilmi? Biz kasıb adamlarıq. Övladlarımı yedizdirmədən qətlə yetirdilər. Qarınlarını doyura bilmədim" deyə üsyan edib.
Xatırladaq ki, oktyabrın 7-də başlayan Həmas-İsrail qarşıdurması dəhşətli həddə çatıb, insanlıq faciəsi yaşanır.