Qarpız qabığını atmayın - Bu faydaları var

Qarpız isti yay günlərinin ən dadlı meyvələrindən biridir. Özünün faydaları ilə yanaşı qapığınında insan sağlamlığı üçün bir çox faydaları var.

Qarpız qabığını atmayın - Bu faydaları var

Onun qabığı birbaşa yeyilə bilər və ya üyüdülərək, içkiyə çevrilərək birbaşa istehlak edilə bilər.

Meqale.com xarici mediaya istinadən onun faydalarını təqdim edir.

- Qarpız qabığı və tumunun tərkibindəki sitrulin dəyəri qan axını tənzimləyir və xüsusilə ürək çatışmazlığı ilə mübarizə aparan insanlara kömək edir

- Tərkibində olan kalium səviyyəsi böyrəklərin nizamlı işləməsini təmin edir

- Əksəriyyəti sudan ibarət olan qarpızın qabığı arıqlama prosesini daha praktik edir

- Tərkibindəki antioksidant xüsusiyyətləri sayəsində qarpız qabığını istehlak etmək yaşlanma əlamətlərinin görünməsinin qarşısını alır

- Yüksək qan təzyiqi problemi olan insanlarda təzyiqi aşağı salmaqda təsirlidir

- Qarpız qabığındakı lif tərkibi bağırsaq sisteminizi tənzimləməyə kömək edir

- Xərçəng hüceyrələri ilə mübarizə aparan qarpız qabığı xüsusilə kişilərdə prostat xərçənginin qarşısını alır

- Tərkibindəki vitaminlər və minerallar yuxu rejimini tənzimləyir

- Təbii maddələrdən ibarət olan qarpız qabığı zamanla dəri baryerini daha da gücləndirir.