Qarşısına at çıxdı, qəzaya DÜŞDÜ - Xəsarət alanlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

Qarşısına at çıxdı, qəzaya DÜŞDÜ - Xəsarət alanlar var
Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

meqale.com report.az-a istinadən xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.