Qatar relsdən çıxıb alovlandı, azı 9 nəfər yaralandı - VİDEO
Amerikada sürət qatarı relsdən çıxaraq alovlanıb, xəsarət alanlar var.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "CBS" məlumat yayıb.
Qeyd olunub ki, San-Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxaraq alovlanıb, ən azı 9 nəfər yaralanıb.
Digər sərnişinlər təxliyə edilib və yanğın söndürülüb.
Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıblar. Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil.