Qazaxıstan bundan fəal istifadənin tərəfdarıdır

Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.

Qazaxıstan bundan fəal istifadənin tərəfdarıdır
Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan daha fəal istifadə etməyi təklif edir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Çin-Avropa marşrutu üzrə konteyner daşımalarını daha da artırmaq üçün biz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyi təklif edirik. Bu, yüklərin daşınma müddətini yarıya yaxın endirməyə imkan verəcək", - deyə Baş nazir qeyd edib.