Qazaxıstan Ermənistana silah tədarükü ilə bağlı xəbərləri YALANLADI
Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana silah tədarükü ilə bağlı xəbərləri təkzib edib.
meqale.com bizim media-ya istinadla xəbər verir ki, bu barədə StopFake.kz ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Ermənistanda Qazaxıstan silahlarının tədarükü ilə bağlı yayılan məlumatlar reallığa uyğun deyil. Bundan əlavə, Qazaxıstan hökuməti 2022-ci ildən bu ölkədən silah və hərbi texnikanın ixracına qadağa qoyub", - deyə məlumatda qeyd edilib.