Qazaxıstan kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündədir
Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündə yer alıb.
meqale.com report-a istinadən xəbər verir ki, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsinin sədri Ruslan Abdikalikov bildirib.
Onun sözlərinə görə, yaxın illərdə ölkənin qarşısında rəqəmsal təhlükəsizlik sahəsində lider mövqeləri nəzərdə tutan Tier 1 (Role-modeling) qrupuna daxil olmaq kimi iddialı hədəf durur.
"Son illərdə biz bir sıra mühüm təşəbbüslər həyata keçirmişik: Bug Bounty platforması, məlumatlara çıxışa nəzarət xidməti, 220-dən çox dövlət sisteminin informasiya mühafizəsi platforması ilə inteqrasiyası. Süni intellekt bu gün boşluqların aşkarlanmasında, hücumların qarşısının alınmasında və vətəndaşların qorunmasında aparıcı rol oynayır", - o qeyd edib.