Qazaxıstan Türkiyənin “Anka” PUA-larını istehsal etməyi planlaşdırır
Türkiyənin "Anka" kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "inbusiness.kz" Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.