Qazaxıstan vətəndaşını maşın vurub öldürdü

Bakıda Həsən Əliyev küçəsində yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.

Qazaxıstan vətəndaşını maşın vurub öldürdü
Bakıda Həsən Əliyev küçəsində yol qəzası nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Mərdan Qabil oğlu idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə piyada zolağından yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

Piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cimayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.