Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi
Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

"Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb", - məlumatda deyilir.