Qazaxıstanda Baş nazirin müşaviri saxlanıldı
Qazaxıstanda respublikanın Baş nazirinin müşaviri Erlan Kojaqapanov saxlanılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə KazTAG agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Kojaqapanov Almatıda büdcə vəsaitlərinin oğurlanması ilə bağlı cinayət işi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.