Qazaxıstanda dəhşətli yanğın - 4 uşaq öldü
Qazaxıstanın Karaqanda vilayətinin Taldı kəndində yaşayış binasında baş verən yanğın nəticəsində 4 uşaq ölüb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə departamenti məlumat yayıb.
"Yanğın nəticəsində 4 uşaq ölüb. Hadisə baş verən zamanı uşaqlar evdə tək olub", - o bildirib.