Qazaxıstanın Türkiyədən avtomobil sənayesi məhsulları idxalı 190 milyon dolları ötüb
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana avtomobil sənayesi məhsulları ixracını 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıraraq, 190,7 milyon dollara çatdırıb.
Mili.Az-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2023-cü ilin dekabr ayında Türkiyənin Qazaxıstana avtomobil sənayesi məhsulları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 50,5 faiz azalaraq, 11,3 milyon dollar olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 35 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,1 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022- dekabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.
Mili.Az