“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb
"Qəbələ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

meqale.com xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə "Omoniya"ya 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

"Qəbələ" ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də "Omoniya" qalib ayrılmışdı - 3:2.