“Qəbələ” mükafatlandırıldı
Futbol üzrə Azərbaycan 1-ci Liqasının qalibi olan "Qəbələ" klubu mükafatlandırılıb.
meqale.com xəbər verir ki, tədbir 26-cı turda "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.
İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.