Qəbələdə qadın turistlər qəzaya düşdü - yaralılar var - FOTO

Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

Qəbələdə qadın turistlər qəzaya düşdü - yaralılar var - FOTO
Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

meqale.com APA-ya istinadla bildirir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.