Qənirə Paşayevanın səs yazısı ilə bağlı əmisindən AÇIQLAMA
Bir neçə gün bundan əvvəl vəfat etmiş millət vəkili Qənirə Paşayeva ilə bağlı səs yazısı yayılıb. Yayılan səs yazısında deputat xanım ağır əməliyyat keçirdiyini bildirir.
meqale.com xəbər verir ki, səs yazısı ilə bağlı News24.az-a açıqlama verən Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev bildirib ki, sözügedən əməliyyat uzun zaman öncə olub:
"Həmin əməliyyat çoxdan olub. Mən də bu barədə eşitmişəm. Ancaq nə əməliyyatı keçirdiyini dəqiq bilmirəm".