Qeqarkunik demarkasiya və delimitasiya prosesinə hazırlaşır
Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan bölgənin müxtəlif nümayəndələri ilə görüşüb.
meqale.com bildirir ki, bu barədə yerli "Joxovurd" qəzeti məlumat yayıb.
"Qızğın müzakirələr aparılıb, Sarkisyan bildirib ki, yaxın vaxtlarda Qeqarkunik bölgəsinin demarkasiyası və delimitasiyası üzrə işlərə başlanılacaq. Qubernator qeyd edib ki, bölgədə sərhədlərin demarkasiyası prosesini şəxsən özü həyata keçirəcək", - məlumatda deyilir.