Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil olunur.  meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, yanvarın 17-dən başlayaraq qərb bölgəsində 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələri üzrə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir. Keçirilən treninqlərdə səsvermə prosesi, seçki günü prosedurları, səslərin sayılması, seçki məntəqələrinin səsverməyə hazırlanması və digər məsələlər barədə məlumatlar verilir.

Qeyd edək ki, treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.