Qərb müharibəni İrana qarşı çevirir – Lukaşenko

Qərb Yaxın Şərqdəki münaqişənin nizəsini İrana yönəldir. Tehranı bu hücumlara birgə müqavimət göstərmək üçün əməkdaşlığa çağırıram.

Qərb müharibəni İrana qarşı çevirir – Lukaşenko
Qərb Yaxın Şərqdəki münaqişənin nizəsini İrana yönəldir. Tehranı bu hücumlara birgə müqavimət göstərmək üçün əməkdaşlığa çağırıram.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Dünyada vəziyyət qızışır. Yaxın Şərq böhranı buna təkan verir. Bizə dost olmayan dövlətlər - Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəldir", - o bildirib.

Lukaşenkonun fikrincə, Qərbin bu cür təzyiqlərinə cavab dost ölkələr arasında əməkdaşlıq olmalıdır:

"Cavabımız birdir: bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik".