Qərbin dəstəklədiyi Paşinyan Bəşər Əsədə elə bir məktub yazdı ki...

Ermənistan Suriya ilə qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir.

Qərbin dəstəklədiyi Paşinyan Bəşər Əsədə elə bir məktub yazdı ki...
Ermənistan Suriya ilə qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Suriya prezidenti Bəşər Əsədə Respublikanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir.

"Dost Suriya ilə çoxəsrlik tarixə, qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir, Ermənistan Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır", - məktubda qeyd olunub.

Paşinyan əmin olduğunu bildirib ki, xalqların sülh şəraitində birgə yaşayışının təhlükə altında olduğu indiki çətin dövrdə Ermənistan-Suriya münasibətləri qarşılıqlı etimad və konstruktiv yanaşma nümunəsidir.