Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum edildi
Yekaterinburq məhkəməsi "The Wall Street Journal"ın Moskva bürosunun jurnalisti Evan Qerşkoviçi casusluqda təqsirli bilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan jurnalist 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 32 yaşlı jurnalist 2023-cü ilin martında Yekaterinburqda saxlanılıb. O, ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyib.