Qeydə alınan müşahidəçilərin sayı açıqlandı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Parlament seçkiləri ilə əlaqədar 93 964 yerli müşahidəçi qeydiyyatdan keçib.
Beynəlxalq müşahidəçilər 39 qurum və 46 ölkəni təmsil edirlər.