Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək?
Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.
Bunu Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O qeyd edib ki, həmişəki kimi, altıncı, bazar günləri də sənəd qəbulu olmayacaq.
"Hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib.