Qəzada sağ qalan iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO

Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.

Qəzada sağ qalan iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan 2 ekipaj üzvü Aydan Rəhimli və Zülfüqar Əsadov da artıq Bakıdadırlar.

meqale.com REAL TV-yə istinadən xəbər verir ki, onlar AZAL-a məxsus təyyarə ilə ölkəyə qayıdıblar.

Aydan Rəhimli açıqlama vermək istəməsə də, Zülfüqar Əsadov özünü yaxşı hiss etdiyini deyib. Xatırladaq ki, qəza zamanı 5 ekipaj üzvündən üçü - pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov, həmçinin stüardessa Hökümə Əliyeva həlak olub.

Sözügedən görüntüləri təqdim edirik: