Qəzzada 2 məktəb vuruldu - Azı 50 nəfər öldü
İsrailin hərbi hava qüvvələri Qəzzada iki məktəbə hücum edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.
Bildirilib ki, nəticədə azı 50 nəfər həlak olub, yüzlərlə insan isə yaralanıb.
Yaralılar Baptist xəstəxanasına çatdırılıb.