“Qəzzada dağıntılar altından çıxarılan uşaqları görmüşəm” - Blinken

"İsrail-HƏMAS münaqişəsində ikinci və ya üçüncü cəbhə açılmamalıdır".

“Qəzzada dağıntılar altından çıxarılan uşaqları görmüşəm” - Blinken
"İsrail-HƏMAS münaqişəsində ikinci və ya üçüncü cəbhə açılmamalıdır".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Blinken HƏMAS-la bağlı status-kvonun Qəzzada davam edə bilməyəcəyini bildirib.

"İsrail rəhbərliyi təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də mülki şəxsləri qorumalıdır", - deyə Blinken qeyd edib.

Blinken Qəzzada baş verənlərə kədərləndiyini deyib:

"Mən binaların dağıntıları altından çıxarılan uşaqların, gənc oğlan və qızların şəkillərini görmüşəm. Bunu görəndə və televizor ekranına baxanda öz övladlarımı görürəm".