Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq - Rufiz Hafizoğlu
Qəzzada HƏMAS-ın tam məhvi mümkün olmayacaq.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Trend BİA-nın direktor müavini, "Türk Dünyası" (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu ARB 24-ə açıqlamasında deyib.
"Qəzza ümumilikdə HƏMAS-ın nəzarəti altında olan bir bölgədir və BMT işçilərinin orada HƏMAS ilə sıx əlaqədə olması qeyri-adi bir vəziyyət deyil. Bu gün HƏMAS adlandırılan qruplaşma, sadəcə, HƏMAS-dan ibarət deyil, belə ki siyasi və hərbi qanadlar var. Bölgədə vəziyyət olduqca acınacaqlıdır. 7 oktyabr tarixindən başlayan münaqişə artıq yeni bir mərhələyə qədəm qoyub. Baş verən əməliyyatlar 26 mindən çox dinc insanın ölümünə səbəb olub",- deyə o bildirib.
Rufiz Hafizoğlu qeyd edib ki, Qəzzada HƏMAS-ın məhvi mümkün deyil.