Qida zəhərlənməsinə səbəb olan əsas amillər

Qida zəhərlənmələrinə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.

Qida zəhərlənməsinə səbəb olan əsas amillər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildiriblər ki, ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir:

- Yeməkləri, xüsusilə də ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmaq;

- Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməmək;

- Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirmək;

- Həyətyanı sahələrdən tanınmayan göbələkləri yığmamaq və istehlak etməmək;

- Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmaq və ya dondurmaq.

Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!