Qidalarda geniş istifadə olunan boya şəkərli diabet yaradır

Tsyasin Nanhu Universitetinin çinli alimləri sübut ediblər ki, qida sənayesində məhsullara ağ rəng vermək üçün geniş istifadə olunan titan dioksid (E171) ciddi metabolik pozğunluqlara səbəb ola bilər.

meqale.com-ın xəbərinə görə, tədqiqatın nəticələri "Food and Chemical Toxicology" (FCT) elmi jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu əlavənin nanohissəcikləri qanda şəkərin səviyyəsini tənzimləyən bağırsaq hormonlarının işini pozur.

"E171"in məşhur qida məhsullarında - konfet və peçenyelərdən tutmuş saqqızlara qədər olması xüsusi narahatlıq doğurur. Araşdırmanın müəllifləri bildiriblər ki, titan dioksid nanohissəcikləri 2-ci tip diabet, piylənmə və insulin müqavimətinin inkişafına kömək edə bilər.

Testlər "E171" verilmiş siçanların qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını və vacib həzm hormonlarının istehsalını pozduğunu müəyyən edib.