Qırğızıstanda ağır yol qəzasında altı azyaşlı ölüb
Qırğızıstanda 4-9 yaş arası altı azyaşlı minik avtomobilinin su hövzəsinə düşməsi nəticəsində ölüb.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Çuy vilayətinin Daxili İşlər İdarəsindən (Qırğızıstanın Bişkek şəhərində dövlət polisi) məlumat verilib.
Qeyd edilir ki, salonunda 11 sərnişinin, o cümlədən 8 uşağın olduöu minik avtomobili su hövzəsinə düşüb.
Məlumata görə, altı azyaşlı avtomobildən çıxa bilməyərək, boğulub.
İlkin məlumata görə, sürücü idarəetməni itirib, bundab sonra avtomobil su anbarına düşüb.