Qışda sürücülər bu vərdişləri unutmalıdır
Qışda sürücü sürət həddinə əməl etməli, yolda qəfil manevrlər etməməlidir.
meqale.com lente istinadən bildirir ki, bu barədə avtomobil bazarlarından birinin texniki direktoru Maksim Ryazanov bildirib.
"Sürücülər qışda təhlükəli manevrlərdən qaçmalı, sürət həddini aşağı salmalı, həmçinin optikanın, güzgülərin və şüşələrin təmizliyinə nəzarət etməlidirlər. Çovğunda və qar yağanda nəqliyyat vasitələrini idarə edənlər üçün ilk zərurət yaxşı görünüşdür", deyib.
Onun sözlərinə görə, qış təkərlərinin quraşdırılması müddətləri pozulmamalıdır. Əgər yayda təkərlərin dəyişdirilməsi faktı kritik deyilsə, qışda mövsümə uyğun olmayan təkərlərin istifadəsi qəza ilə nəticələnir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun