Qışda yeməli olduğumuz 5 vacib qida - SİYAHI
Qış aylarında immuniteti gücləndirmək və orqanizmin enerjisini qorumaq üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.
meqale.com xəbər verir ki, mütəxəssislər aşağıdakı qidaların qış rasionunda mütləq yer almalı olduğunu bildirirlər:
Mixək Təbii antiseptik xüsusiyyətlərə malik olan mixək soyuqdəymə və infeksiyalara qarşı orqanizmi qoruyur, bədəni isinməyə kömək edir.
Qaraciyər Dəmir və A vitamini ilə zəngin olan qaraciyər qışda orqanizmə enerji verir, qan azlığının qarşısını almağa kömək edir.
Siyənək balığı Omega-3 yağ turşuları ilə zəngin olan siyənək beyin sağlamlığını dəstəkləyir, ürək-damar sistemi üçün faydalıdır.
Çuğundur Antioksidantlarla zəngin olan çuğundur immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır.
Ağ kələm turşusu Bağırsaq sağlamlığını dəstəkləyən ağ kələm turşusu B9, K vitaminləri və beta-karotinlə zəngindir, immun sisteminə güclü təsir göstərir.