Qız üstündə davada 1 nəfər öldü
Avqustun 20-nə keçən gecə Rusiyanın Sankt-Peterburq şəhərində ölümlə nəticələnən dava baş verib.
meqale.com lente istinadən bildirir ki, dava zamanı bir braziliyalı ölüb. Hadisə yerli sakinin braziliyalılarla dava etdiyi yaxta klubunda olub.
Dava edən iki nəfər qəflətən hovuza düşüblər. Braziliyalı üzməyi bacarmadığı üçün boğularaq, ölüb.
Qarşı tərəf adam öldürməkdə ittiham olunur. Hazırda o, saxlanılır.
İnsidentin qız üstündə baş verdiyi bildirilir.