Qızılca peyvəndi göstərişə görə vurulmalıdır - İnfeksionist

Son günlər qızılca xəstəliyi ölkəmizdə geniş yayılmağa başlayıb. Bu yoluxucu xəstəlikdən ağırlaşma halları ilə xəstəxanaya müraciət edənlərin sayında artım var. Peyvəndləmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

meqale.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, qızılca xəstəliyinin qarşısını pevəndləmə ilə almaq olar.

"Uşaqların rutin peyvəndlərində qızılca, parotit, məxmərək (QPM) var. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla, 2 doza şəklində kombinə olunmuş qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır. Valideynlər də uşaqlarını mütləq şəkildə peyvənd etdirməlidirlər. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir.

İnfeksionist bildirib ki, bu vaksin neçə illərdir, istifadə edilir.