Qızılhacılılar: "Bu, bizim arzumuz olub" - VİDEO

Aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Qızılhacılılar:
Aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunan dörd kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

meqale.com xəbər verir ki, işğaldan azad edilən Qızılhacılı kəndinin sakinləri sevinclərini "İTV Xəbər"lə bölüşüblər.

Qızılhacılı kənd sakini Şakir Quliyev doğma yurdlarının işğaldan azad edilməsinə sevindiyini bildirib:

"İnşallah tezliklə kəndimizə qayıdarıq. Orada yaşayıb-yaradacağımız günləri səbirsizliklə gözləyirik".

Kəndin digər sakinlərindən olan Namiq Alıyev bu hadisəni uzun zamandır arzuladığını qeyd edib:

"Kəndimizin işğaldan azad edilməsi və onunla bərabər digər kəndlərin də işğaldan azad olunması bizim arzumuz olub".