Qızının "Son zəng"inə qatılmayan Tom Kruz bu məşhurun konsertinə getdi
Hollivud ulduzu Tom Kruz qızı Surinin son zəng mərasimini buraxıb.
meqale.com oxuya istinadən bildirir ki, aktyorun tanınmış həmkarı Keti Holms ilə birgə övladı Nyu-Yorkda məktəbi bitirib.
Surinin anası mərasimdə iştirak edib, lakin atası gəlməyib.
Ertəsi gün aktyor Londonda müğənni Teylor Sviftin konsertində görüntülənib.
Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada baş tutub. Mərasimdən altı ay əvvəl, 18 aprel 2006-cı ildə sevgililərin Suri adlı qızı dünyaya gəlib. 2012-ci ildə məşhurlar boşanıblar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun