Qonşu ölkədə güclü zəlzələ - 2 ölü, yaralılar var - YENİLƏNİB

İranda baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 2 nəfər ölüb.

Qonşu ölkədə güclü zəlzələ - 2 ölü, yaralılar var - YENİLƏNİB
İranda baş verən 5 bal gücündəki zəlzələ nəticəsində 2 nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə IRNA məlumat yayıb.

--------

15:32

İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki,  bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.

Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.

Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.

Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.